Anita Hipper – Gürcüstan hökuməti üçün daha yaxşı olardı ki, aynaya baxsın və reallığı görsün, hakimiyyəti ictimaiyyətlə dialoqa qayıtmağa çağırırıq
Gürcüstan üçün daha yaxşı olardı ki, aynaya baxsın və reallığı görsün, onlar çox repressiv bir rejim qururlar, bu rejim isə dinc əhaliyə, mediaya və jurnalistlərə qarşı yönəlib, – bu barədə Avropa Komissiyasının xarici və təhlükəsizlik məsələləri üzrə sözçüsü Anita Hipper mətbuat konfransında verilən müvafiq suala cavab olaraq bildirib.
Onun söylədiyinə görə, Avropa Komissiyası hər cür zorakılığın əleyhinədir.
“Əgər öz demokratiyana və davranışına əminsənsə, o zaman opponentləri və günahsız insanları həbs etməyə ehtiyac yoxdur. Biz hər cür zorakılığa qarşıyıq. Hakimiyyəti ictimaiyyətlə dialoqa qayıtmağa və bu zorakılığın daha da artmasının (eskalasiyasının) qarşısını almağa çağırırıq”, – Hipper bildirib.