Angela Merkel Vladimer Putinlə görüşdən "xüsusi nəticələr" gözləmir
Angela Merkel Vladimer Putinlə görüşdən "xüsusi nəticələr" gözləmir

Almaniyanın Kansleri Angela Merkel Rusiya prezidenti Vladimer Putinlə görüşdən “xüsusi nəticələr” gözləmir.

Almaniya kanslerini bəyanatına görə, Rusiya prezidenti ilə görüşün qıza zamanda konkret nəticələri olmayacaq, ancaq dünya krizislərinin tənzimlənməsi yollarının axtarışında Rusiya ilə dialoq vacibdir.

“Bu işguzar görüşdür. Ukraynadan başlamış, Suriyə və iqtisadi əməkdaşlıq məsələləri ilə bitmiş, bizi narahat edən bir çox problem var, hansılarla bağlı Rusiya ilə daimi dialoq keçirilməlidir və bu dialoq sabah baş tutacaq” – dedi Angela Merkel.

Almaniyanın kansleri və Rusiya prezidentinin görüşü avqustun 18-də keçiriləcək.

Putinlə görüşdən sonra isə, Almaniyanın kansleri rəsmi səfərlə Tbilisiyə gələcək.