Andrey Sibiqa - Volodimir Zelenski Moskva və Minskdən başqa istənilən yerdə Vladimir Putinlə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva və Minskdən başqa istənilən yerdə Vladimir Putinlə görüşməyə hazırdır, – bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Sibiqanın sözlərinə görə, Ukrayna danışıqlar prosesində yeni bir təkan yaratmaq üçün iki ölkə liderləri arasında görüşün təşkilini dəstəkləyir.
“Biz bu barədə türklərə də, digər paytaxtlara da müraciət etdik. Əgər Moskva və Minskdən başqa hər hansı bir paytaxt belə bir görüş təşkil edərsə, biz gedəcəyik. Bu, bizim üçün vacibdir”, – Sibiqa qeyd edib.