Andrey Sibiqa - Ukrayna və bütün müttəfiqlər mayın 12-dən 30 günlük qeyd-şərtsiz atəşkəsə hazırdır
Andrey Sibiqa - Ukrayna və bütün müttəfiqlər mayın 12-dən 30 günlük qeyd-şərtsiz atəşkəsə hazırdır

Ukrayna mayın 12-dən etibarən 30 günlük atəşkəs rejiminə əməl etməyə hazırdır, – bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa məlumat yayır.

Onun söylədiyinə görə, Rusiya razılaşarsa, davamlı atəşkəs sülh danışıqlarına yol aça bilər.

“İstəklilər Koalisiyası”nın Kiyevdə keçirilən görüşündən sonra beş lider – Volodimir Zelenski, Emmanuel Makron, kansler Fridrix Merts, Donald Tusk və Kir Starmerin ABŞ prezidenti ilə sülh səylərinə yönəlmiş məhsuldar telefon danışıqları olub. Ukrayna və bütün müttəfiqlər bazar ertəsindən başlayaraq ən azı 30 gün ərzində quruda, havada və dənizdə tam qeyd-şərtsiz atəşkəsə hazırdırlar. Rusiya razılaşarsa və effektiv monitorinq təmin olunarsa, davamlı atəşkəs və etimadın möhkəmləndirilməsi tədbirləri sülh danışıqlarına yol aça bilər”, – Andrey Sibiqa sosial şəbəkədə yazır.