Andrey Sibiqa – Rusiyanın Dneprə hücumu Putinin ABŞ-ın atəşkəs təkliflərinə cavabıdır

18:56, 29.03.2025

Rusiyanın Ukraynanın Dnepr şəhərinə endirdiyi zərbə Putinin ABŞ-ın atəşkəs təkliflərinə cavabıdır, – bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazıb.

“Rusiyanın dronlarla Dneproya endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub, 20-dən çox insan yaralanıb, o cümlədən hamilə qadın. Hücum yenidən əhalinin məskunlaşdığı bölgələrə həyata keçirilib. Bu, Putinin ABŞ-ın atəşkəs təkliflərinə cavabıdır – daha çox hərbi cinayət və mülki şəxslərə hücum”, – Andrey Şibiqa yazır və Rusiyanın Dnepr üzərinə hücumunun nəticələrini əks etdirən fotoları dərc edir.

Rusiyanın dronlarla Dnepr şəhərinə həyata keçirdiyi hücum nəticəsində 4 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Oxşar