Andrey Sibiqa – Moskvanı yalnız güc öz yerinə qaytaracaq

15:47, 04.09.2026

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bildirdiyinə görə, Moskvanı yalnız güc öz yerinə qaytaracaq.

Sibiqa ABŞ Nümayəndələr Palatasını Rusiyaya qarşı sanksiyalar haqqında aktı qəbul etməyə çağırıb.

Ukraynalı diplomat bəyanatında rusların Kiyevdə “Coca-Cola” zavoduna endirdiyi zərbə barədə də yazıb.

“Rusiyanın Kiyev bölgəsində “Coca-Cola” zavoduna zərbəsi təkcə bir hal deyil. Bu, növbəti qəsdən hücumdur və Rusiyanın ABŞ iqtisadiyyatına zərər vurmaq, həmçinin Amerika şirkətlərini beynəlxalq bazarlardan sıxışdırıb çıxarmaq məqsədi daşıyan daha geniş strategiyasının bir hissəsidir. Moskvanı yalnız güc öz yerinə oturdar. Bu ruhda, biz ABŞ Nümayəndələr Palatasını bir daha Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etməyə çağırırıq”, – Sibiqa yazıb.

Oxşar