Andrey Sibiqa – İranın təhdidi əsassızdır, Tehran Rusiyanın Ukraynaya qarşı təcavüzünün birbaşa tərəfdaşdır

22:16, 27.07.2026

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın təhdidini əsassız adlandırır. Sibiqa Tehranı Rusiya-Ukrayna müharibəsində şərik olmaqda ittiham etdi.

“İranın təhdidi əsassızdır. Tehran rejimi Rusiyanın Ukraynaya qarşı təcavüzündə birbaşa iştirak edir və 2022-ci ildən bəri Moskvaya Ukrayna mülki əhalisini öldürən silahlar verir. İranın özünü qurban kimi təqdim etməyə və xüsusilə də BMT Nizamnaməsinə absurd istinadlar edərək öz hədələrini əsaslandırmağa haqqı yoxdur”, – deyə Sibiqa yazır.

Məlumat üçün bildirək ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Ukraynanın İran ticarət gəmisinə hücumu və nəticədə bir dənizçinin ölümünə səbəb olan hadisəni cavabsız qoymayacaq. Ukrayna və İran arasındakı münasibətlər, İran tərəfinin məlumatına görə, Ukraynanın Xəzər dənizindəki kommersiya gəmisinə hücum etməsindən sonra gərginləşib. Hadisə nəticəsində bir iranlı dənizçi həlak olub.

Oxşar