Andrey Sibiqa Gürcüstanda Ukrayna məsələləri üzrə müvəqqəti müvəkkili Mixailo Xarişini çağırıb - "Müharibədə olan ölkənin səfirləri müharibə reallığından qopa bilməzlər"
Andrey Sibiqa Gürcüstanda Ukrayna məsələləri üzrə müvəqqəti müvəkkili Mixailo Xarişini çağırıb. Bu haqda Sibiqa sosial şəbəkədə yazır.
Yeni təyin olunmuş nazir bildirir ki, müharibədə olan ölkənin səfirləri müharibə reallığından qopa bilməzlər. Qərara səbəb olaraq isə müharibədə olan dövlətin diplomatiyasının reallığının tam anlaşılmazlığını göstərib.
“Mən səfir kimi işləməyin necə olduğunu və işin necə daha səmərəli yerinə yetirilməli olduğunu çox yaxşı bilirəm. Bu gün hər bir səfir mərkəzdən göstəriş gözləmədən, aktiv hərəkət edən, məsuliyyət götürən, öz nümunəsi ilə Ukrayna diplomatiyasının gücünü göstərən məşqçi rolunu yerinə yetirməlidir. Mən bu cür enerji və səmərəlilik nümayiş etdirən xarici diplomatik xidmətin istənilən rəhbərini dəstəkləyəcəm”- nazir bildirib.