Andrey Ermak Ukraynanın əsir mübadiləsi çərçivəsində 20 döyüşçünü geri qaytardığını bildirib
Ukrayna əsirlərin mübadiləsi çərçivəsində 20 döyüşçünü geri qaytarıb – bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Ermak məlumat verir.
“Bizimkilər evə qayıdır. Daha bir əsir mübadiləsi, daha bir sevinc anı və bu günün bir çox ailə üçün həyatın ən yaxşı günlərindən biri olacağını anlamaq. Biz 20 nəfəri əsirlikdən azad edə bildik”- deyə Ermak bildirir.
O, bildirib ki, azad edilənlərdən 14-ü Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü, dördü ərazi müdafiəsi döyüşçüsü, biri Milli Qvardiyanın üzvü və biri Hərbi Dəniz Qüvvələrinin hərbçisidir.
Ermakın sözlərinə görə, azadlığa buraxılan şəxslər hazırda tibbi müayinədən keçirlər. Lakin Ukraynanın Rusiya tərəfinə nə qədər hərbi əsir verdiyi hələlik məlum deyil.