Andrey Babiş bildirir ki, Rusiya və Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesində Avropa İttifaqının nümayəndəsi Fridrix Merts olmalıdır
Andrej Babis arrives at the Prague Castle tone appointed as prime minister in Prague, Czech Republic, Wednesday, June 6, 2018. The Czech Republic's president Milos Zeman has again sworn in billionaire Andrej Babis as the prime minister in a move that could see the Communist Party taking a share of power for the first time since the 1989 anti-Communist Velvet Revolution. (AP Photo/Petr David Josek)
Çexiyanın Baş naziri Andrey Babiş bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı danışıqlarda Aİ nümayəndəsi Fridrix Merts iştirak etməlidir.
Babisin sözlərinə görə, müharibənin davam etdirilməsi müsbət nəticələr verməyəcək və təcavüzkarın Rusiya prezidenti Vladimir Putin olduğu aydındır.
Bununla yanaşı, Babiş qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hazırda Yaxın Şərq məsələlərinə və Hörmüz boğazındakı vəziyyətə diqqət yetirir.
“Mənim fikrimcə, Almaniya kantsleri Fridrix Merts müəyyən formada diplomatik missiyaya rəhbərlik etməlidir”, – deyə Babiş bildirib.
Bundan əvvəl Aİ-nin Ali Nümayəndəsi Kaia Kallas qeyd edib ki, Avropa Ukraynanın tərəfində olduğu üçün Ukrayna ilə Rusiya arasında mümkün danışıqlarda neytral vasitəçi ola bilməz.