Analena Berbok – Varşava belə bir tələb irəli sürərsə, Almaniya Polşaya Ukrayna üçün Almaniya istehsalı olan “Leopard” tanklarını göndərməyə icazə verməyə hazırdır
Varşava belə bir tələb irəli sürərsə, Almaniya Polşaya Ukrayna üçün Almaniya istehsalı olan “Leopard” tanklarını göndərməyə icazə verməyə hazırdır-bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok açıqlayıb.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Berlinin bu tankların nə qədər vacib olduğunu bildiyini və məhz bu səbəbdən də tərəfdaşlar ilə bu məsələni müzakirə etdiyini bildirib. Berbok insanların həyatının xilas edilməsinin və Ukrayna ərazisinin azad edilməsinin vacib olduğunu qeyd edib.
Almaniyanın xarici işlər naziri Polşanın hələlik rəsmi şəkildə müraciət etmədiyini qeyd edib.
Polşa daha əvvəl Ukraynaya 14 ədəd Leopard tankı tədarük etməyə hazır olduğunu bildirsə də, Polşanın baş naziri Mateuş Moravetski həmçinin Berlindən “aydın bəyanat” gözlədiyini bildirib.