Analena Berbok Rusiyanın irəli sürdüyü şərtlərlə müvəqqəti atəşkəsin ukraynalılar üçün vəziyyəti yaxşılaşdırmayacağını bildirir
Almaniyanın xarici işlər naziri Rusiyanın irəli sürdüyü şərtlərlə müvəqqəti atəşkəsin ukraynalılar üçün vəziyyəti yaxşılaşdırmayacağını bildirir. Alman mediası Analena Berbokun Ukraynadakı müharibənin tezliklə bitəcəyini ehtimal etmədiyinə dair məlumat verir.
Berbok Rusiyanın işğal etdiyi ərazidə yaşayan ukraynalıların ən ağır vəziyyətdə olduğunu bildirib.
“Ukrayna xalqı hər gün Rusiyanın işğalçı qüvvələri tərəfindən qaçırılacaqları, işgəncələrə məruz qala və öldürüləcəkləri qorxusu ilə yaşayır”- deyə Berbok açıqlayıb.
Almaniyanın xarici işlər naziri bildirib ki, Ukraynaya qarşı müharibə Putinin təşəbbüsü ilə baş tutub və o, istəsə, müharibə bitəcək.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts Ukraynada müharibəyə son qoymaq üçün danışıqların labüd olduğunu, lakin buna qədər Putinin Ukraynadan hərbçiləri çıxarmalı olduğunu bildirmişdi.