Analena Berbok - Qorxu ilə oynamaq Putinin artıq istifadə etdiyi reseptdir
Analena Berbok - Qorxu ilə oynamaq Putinin artıq istifadə etdiyi reseptdir

Qorxu ilə oynamaq Putinin artıq istifadə etdiyi reseptdir, – bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok Azərbaycanda iqlim dəyişikliklərinə həsr olunmuş konfransda jurnalistin sualını cavablandırarkən bildirib.

Berbokun dediyinə görə, Ukraynanın müdafiəsini dəstəkləmək Avropada sülhün ən yaxşı müdafiəsini təmsil edir. Onun bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrini Ukraynaya dəstək verməkdən imtina etmək üçün Ukraynada əvvəllər istifadə olunmayan raketlərdən istifadə edib.

“Qorxu ilə oynamaq Putinin artıq istifadə etdiyi reseptdir. Bizim avropa sülhümüzün ən yaxşı müdafiəsini Putin bu dəhşətli müharibəni dayandırana qədər Ukraynanın müdafiəsini dəstəkləmək təmsil edir”, – Berbok qeyd edib.