Analena Berbok Ermənistan və Azərbaycanı yeni sülh danışıqlarına başlamağa çağırır
Analena Berbok Ermənistan və Azərbaycanı yeni sülh danışıqlarına başlamağa çağırır

Almaniyanın xarici işlər naziri Analena Berbok Ermənistan və Azərbaycanı yeni sülh danışıqlarına başlamağa çağırıb. Alman diplomat bu gün Ermənistanda olub və orada erməni həmkarı Ararat Mirzoyanla görüşüb və Azərbaycanın sentyabr ayında nəzarəti altına aldığı Qarabağdakı vəziyyəti müzakirə edib.

“Avropa Şurasının prezidenti Çarlz Mişelin vasitəçilik səyləri sülhə ən sürətli yolu göstərə biləcək bir körpüdür. Buna görə də danışıqların yeni raundunun mümkün qədər tez baş tutması vacibdir”, – deyə Burbok bildirib.

Burbok həmçinin qaçqınların qəbulu mərkəzində Qarabağdan köçmüş əhaliyə baş çəkməyi, eləcə də Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə görüşməyi planlaşdırır.

Həmçinin, Analena Berbok noyabrın 4-də Bakıya səfər edəcək və burada azərbaycanlı həmkarı ilə görüşəcək.