Analena Berbok BMT Baş Assambleyasının yeni prezidenti seçilib
Analena Berbok BMT Baş Assambleyasının yeni prezidenti seçilib

Analena Berbok BMT Baş Assambleyasının yeni prezidenti seçilib. Gizli səsvermə nəticəsində 167 ölkə Almaniyanın sabiq xarici işlər nazirinə səs verib.

Almaniya mediasının yazdığına görə, səsvermə zamanı Berbokun namizədliyinə yalnız Rusiya mənfi münasibət bildirib.

Moskva Berboku “şəffaf qərəzlikdə” ittiham edib və gizli səsvermənin keçirilməsini tələb edib.

Seçildikdən sonra çıxışında Berbok ölkələrə göstərdikləri etimada görə təşəkkür edib və BMT-yə üzv olan bütün dövlətlər üçün “vicdanlı vasitəçi” olacağına söz verib.

BMT Baş Assambleyasının prezidenti bir illik müddətə seçilir, bu, adətən mərasim xarakteri daşıyır, lakin beynəlxalq diplomatiyaya əhəmiyyətli təsir göstərir. Analena Berbok 2021-2024-cü illərdə Almaniyanın xarici işlər naziri olub.