Analena Berbok – Avropa İttifaqının ayrı-ayrı ölkələri bütün birliyin qərarlarına mane olmamalıdır

17:13, 04.01.2023

 

Avropa İttifaqının ayrı-ayrı ölkələri bütün birliyin qərarlarına mane olmamalıdır-bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok Lissabonda diplomatların konfransında açıqlayıb.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Aİ ölkələrinin ümumi düstur üzərində razılığa gələ bilmədiklərinə görə çox vaxt press-reliz belə hazırlaya bilmədiklərini bildirir.

“Səriştəli əksəriyyətinin səs çoxluğu hamımız üçün daha ədalətli nəticəyə gətirib çıxara bilər. Biz səmərəli və tez hərəkət etməyi bacarmalıyıq” -deyə Analena Berbok açıqlayıb.

Avropa Parlamenti ötən ilin yayında Avropa Şurasını sanksiyalarla bağlı qərarların yekdilliklə qəbul edilməsi prosedurunun dəyişdirilməsi də daxil olmaqla, Aİ müqavilələrinə yenidən baxılması prosesinə başlamağa razılıq verməyə çağıran qətnamə qəbul edib.

Oxşar