Ana Natsvlişvili - İctimai Yayımçını ona görə maliyyələşdirirk ki, onun prioritetləri özəl yayımçılardan fərqli olsun
Ana Natsvlişvili - İctimai Yayımçını ona görə maliyyələşdirirk ki, onun prioritetləri özəl yayımçılardan fərqli olsun

Prezidentin parlament katibi, Ana Natsvlişvili düşünür ki, “yayımlar haqqında” qanuna edilən dəyişikliklər İctimai Yayımçının prioritetlərinin dəyişməsini əmələ gətirəcək.

Bu günki plenar iclasda, prezidentin motivləşdirilmiş qeydlərinin müzakirəsi zamanı Natsvlişvili qeyd etdi ki, media vasitələrinin və media ekspertlərinin dəyərləndirməsinə görə, dəyişikliklər özəl media vasitələri və İctimai Yayımçının özü üçün ziyanverici effektini ortaya çıxaracaq.

“İctimai Yayımçı və özəl yayımçılar arasında böyük fərq var, fərq – prioritetlərdədir. Özəl yayımçılar bu prioritetləri etiraf edirlər. Fərqli prioritetlərdən danışarkən bu kimisə təhqir etmək deyil. Bu dəyişikliklər İctimai Yayımçının prioritetlərinin dəyişməsinə aparıb çıxaracaq. Gürcüstan vətəndaşları büdcəyə vergi ödəyirik və  İctimai Yayımçını ona görə maliyyələşdirirk ki, onun prioritetləri özəl yayımçılardan fərqli olsun”, – Natsvlişvili bəyan etdi.