Amsterdamda meriya binası qarşısında keçirilən etiraz aksiyasında 6 nəfər saxlanılıb

21:40, 12.11.2024

Amsterdamda meriya binası qarşısında keçirilən etiraz aksiyasında 6 nəfər saxlanılıb.

Məlumatı “Reuters” agentliyi yayır.

Meriyanın yaxınlığında toplaşanlar ötən həftə israilli futbol azarkeşlərinə hücumdan sonra tətbiq edilən aksiyaların keçirilməsinə qadağa qoyulmasına etiraz edirdilər. Aksiya iştirakçıları əllərində ağ bannerlər tuturdular.

Bununla yanaşı, bu gün Amsterdamda onlarla insan tramvaya fişənglər atıb və atəşə verib.

Oxşar