Amsterdamda beş nəfəri bıçaqlamaqda şübhəli bilinən kişi 30 yaşlı Ukraynalıdır
Amsterdamda 5 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs Donetsk vilayətindən olan 30 yaşlı ukraynalıdır. Bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayır.
Amsterdamın mərkəzində hücum martın 27-də baş verib. Bıçaqla silahlanmış kişi vətəndaşlara hücum edib və beş nəfəri yaralayıb.
Hücum edən şəxs yoldan keçənlərin köməyi ilə hadisə yerində tezliklə həbs edilib. Polis onun hərəkətinin motivinin məlum olmadığını bildirir.
Saxlanılan şəxs aprelin 1-də məhkəmə qarşısına çıxarılacaq. Yaralılardan dördü hazırda xəstəxanada qalır. Polisin məlumatına görə, onların vəziyyəti stabildir.