Amsterdamda atışma nəticəsində bir nəfər həlak oldu, iki nəfər isə xəsarət aldı

12:14, 27.01.2018

Amsterdam polisi şəhərin mərkəzində baş verən atışmanı kriminal münaqişə kimi qiymətləndirir.

Məlumata əsasən, hadisənin terrorla əlaqəsi olduğu güman edilmir.

Yanvarın 26-sı, axşam saatlarında Amsterdamda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.

Yayılan məlumata görə, insidentlə əlaqədar hələ ki, saxlanılan yoxdur.

Oxşar