Amsterdam meri turistlər üçün marixuananın satılmasının qadağan edilməsini tələb edir
Amsterdam meri turistlər üçün marixuananın satılmasının qadağan edilməsini tələb edir. Bu barədə məlumatı “Evronyus” yayır.
Amsterdam merinin, Femke Halsemanın dediyinə görə, marixuananın satılmasına məhdudiyyətin tədbiq olunması ilə, şəhərin mərkəzi məhəllələrində turistlərin böyük sayı azalacaq.
Bunu təsdiq etmək üçün şəhərin meri sorğunu təqdim etdi. Sorğuya əsasən, məhdudiyyətlər təqdirində turistlər Amsterdama ikinci dəfə gəlməyəcəklər.
Sorğuda iştirak edənlərin 34 faizi bəyan edir ki, əgər o, mağazada marixuananı əldə edə bilməsə, Amsterdama te- tez gəlməyəcək. 11 fazi isə, bəyan edir ki, ümumiyyətlə şəhərə qayıtmayacaq.
Bununla yanaşı sorğu olunanların 22 faizi deyir ki, turistlər üçün qadağanın tədbiq olunması təqdirində marixuananın başqa şəxsdən istəyəcək, 18 faizi isə, bəyan edir ki, onun əldə edilməsinin başqa yollarına müraciət edəcək.
Qeyd olunasıdır ki, Britaniyalı turistlərin 44 faizi və Almaniyalı turistlərin 50 faizi bəyan edir ki, marixuananın satılmasına qadağanın qoyulması təqdirində, bir daha Amsterdama gəlməyəcək.
Sorğuda 18 yaşından 35 yaşınadək turistlər sorğu olundular. Onların 57 faizi deyir ki, Amsterdama gəlmələrinin məqsədi “kofişopa” qonaq olmaqdır.