"Amnesty İnternational" - Gürcüstan hakimiyyəti nümayişçilərə qarşı zorakılıq və hədə-qorxunu dayandırmalıdır
Gürcüstan hakimiyyəti nümayişçilərə qarşı zorakılıq və hədə-qorxunu dayandırmalıdır. Bu barədə “Amnesty İnternational” təşkilatının sosial şəbəkədə yaydığı bəyanatda deyilib.
Bəyanatda deyildiyi kimi, polis tərəfindən qadınlara qarşı cinsi zorakılıq və qanunsuz axtarışla bağlı ittihamlar getdikcə daha da yayılır.
“Gürcüstanda hökumət əleyhinə etirazlar fonunda polis tərəfindən qadınlara qarşı cinsi zorakılıq və qanunsuz axtarışla bağlı ittihamlar getdikcə daha da yayılır. Gürcüstan hakimiyyəti nümayişçilərə qarşı zorakılıq və hədə-qorxudan istifadə etməyi dayandırmalıdır”, – “Amnesty İnternational”ın bəyanatında deyilib.