Amiran Qamkrelidze bəyan edir ki, Gürcüstanda Qızılca virusu ilə infeksiya halları xeyli azalıb
Amiran Qamkrelidze bəyan edir ki, Gürcüstanda Qızılca virusu ilə infeksiya halları xeyli azalıb

Ölkədə qızılca virusuna yoluxma halları xeyli azalıb, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına Xəstəliklər Nəzarəti və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, son aylarda, Qızılca virusunun yayılması baxımından mövcud olan vəziyyət hiss ediləcək qədər düzəlib.

Qamkrelidzenin bəyanatına görə, əgər may ayında qızılca virusu ilə infeksiyanın 15-20 halı qeydə alınırdısa, hazırki mərhələdə qeyd olunan diaqnoz sadəcə 3-4 pasientə qoyulur.

Qamkrelidze bu göstəricilərin azalmasını vaksinasiyanın müsbət təsiri ilə əlaqələndirir və qeyd edir ki, cari ildə, əlavə peyvəndlər 150 min nəfərə edildi.

Xəstəliklər Nəzarəti və İctimai Sağlamlıq Mərkəzinin direktorunun dediyinə görə, peyvənd edilənlərin sayı 250 çatmalıdır ki, qızılca virusu tamamilə azalsın.

Amiran Qmkrelidze əhaliyə, xüsusi ilə də 20-dən 40 yaşına qədər şəxslərə müraciət edir ki, peyvənd edilsinlər.