Amiran Qamkrelidze - Rusiya Luqar mərkəzinin fəaliyyəti haqqında əsassız dezinformasiya yaymağa davam edir
Amiran Qamkrelidze - Rusiya Luqar mərkəzinin fəaliyyəti haqqında əsassız dezinformasiya yaymağa davam edir

Son zamanlarda rus medyasında Luqar laboratoriyası haqqında anlaşılmaz yalan və böhtan yayılır və o şaiələri Rusiyanın rəsmi strukturları da təsdiqləyirlər, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, növbəti dezinformasiyanın məqsədi Gürcüstanda mövcud olan müasir texnologiyalı mərkəzin fəaliyyətinə ləkə atmaqdır.

“Yenə bir daha açıqlayırıq ki, Riçard Luqar adına ictimai sağlığın tədqiqat mərkəzi, işğal olunmuş ərazilərdən gələn qaçqınlar, əmək, səhiyyə və sosiyal müdafiyə nazirliyinin xəstəliklər nazərəti və ictimai sağlamlığın milli mərkəzinin laboratoriya birliyidir.

Obyekt 2013-cü ildə fəaliyyətə başladı və yolxucu xəstəliklərin epidemioloji nəzarət laboratoriya şəbəkəsinin yüksək səviyyəli referal müəssisəsidir.

Mərkəz, epidemiologiya nəzarətinin digər laboratoriyaları kimi Gürcüstan və ABŞ iqtidarlarının razılaşması əsasında tikilib” – dedi Qamkrelidze.

Xatırladaq ki, dünən Rusiyanın Müdafiyə Nazirliyi bəyan etdi ki, ABŞ Luqar mərkəzində Gürcüstan vətəndaşları üzərində eksperimentlər keçirir.

İdarənin məlumatına görə, texniki maddələrin yoxlanılması üçün, 2015-ci ilin dekabr ayından sonra çox sayda insanlar öldü.

Bu mövzu ilə bağlı Moskvada ilk mətbuat konfransını İqor Qiorqadze keçirmişdi.