Amiran Qamkrelidze - Gürcüstanda koronavirusun heç bir halı qeydə alınmayıb, panika üçün ciddi səbəb yoxdur
Amiran Qamkrelidze - Gürcüstanda koronavirusun heç bir halı qeydə alınmayıb, panika üçün ciddi səbəb yoxdur

Gürcüstanda yeni koronavirus halı qeydə alınmayıb, panika üçün də ciddi əsas yoxdur, sadəcə olaraq, hər ehtimala qarşı ölkədə hazırlıq qedir, – bu bəyanatı Xəstəliklər nəzarətinin mili mərkəzinin rəhbəri Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, virusun prevensiyası məsələlərinə bütün dövlət idarələri qoşulublar.

Qamkrelidzenin dediyinə görə, hər ehtimala qarşı ölkədə dörd infeksiya xəstəxanası ayrılıb. Həmçinin, bütün sərhəd məntəqələrində informasiya kampaniyası aparılır.

Qamkrelidze bəyan etdi ki, Batumidə olan iki turistdə koronavirus aşkarlanmayıb.

“Dekabrın 31-dən, xəstəlik 16 ölkəyə keçdi. Çin iqtidarının gördüyü ciddi tədbirlərə rəğmən, xəstəlik yenə də başqa ölkələrə keçir. Virusa yoluxan 7 700 nəfərin 98 faizi Çindədir” – dedi Amiran Qamkrelidze.

Onun məlumatına görə, bu gün Cenevrədə, Dünya Səhiyyə Təşkilatının Fövqəladə komitəsinin iclası keçiriləcək, harda virusa veriləcək qlobal cavab müzakirə olunacaq.