Amiran Qamğrelidze - ölkədə ilk dəfə olaraq koronavirusa üçüncü şəxsdən yoluxma halları qeydə alınıb

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri, Amiran Qamğrelidzenin verdiyi məlumata əsasən, ölkədə koronavirusa üçüncü şəxsdən yoluxma halları qeydə alınıb.

Bu barədə Amiran Qamğrelidze bu gün keçirilən brifinqdə məlumat verib.

Qamğrelidzenin də qeyd etdiyi kimi, bu günün göstəricilərinə əsasən, Gürcüstanda yeni növ koronavirusa yoluxmanın 30 halı təsdiqlənib.

„Bu günə olan göstəricilərə görə, 30 hal təsdiqlənib. Bu gün təsdiqlənmiş yeni hallar İtaliya ilə əlaqəsi olanlardır. 30 haldan ikisinin İrana səyahət tarixçəsi var, birinin İspaniyaya, geridə qalan hallar isə birbaşa və ya dolayı yollarla İtaliya ilə əlaqəlidir.12-si səyahət,10-u isə təmas nəticəsində yoluxub.

Hazırda isə üçüncülü ötürülmə ilə yəni təmas sonrası təmasla qarşı-qarşıyayıq.Üçüncülü və dördüncülü ötürülmələr daxili ötürülmə hallarından xəbər verir.

Hazırda karantində 314 nəfər,öztəcriddə min 100 nəfər qalır, hər kəsi hazırda ölkədə müvafiq təlimat ilə təyin olunmuş qaydalara əməl etməyə çağırıram”- deyə Amiran Qamğrelidze bildirib.

 

Müəllif – Sevinc Mustafayeva