Amerikanın Müharibələrin Tədqiqi İnstitutu- Rusiyanın ikinci səfərbərlik dalğasını həyata keçirməyi planlaşdırdığını göstərən bir neçə göstərici var

10:14, 07.12.2022

 

Rusiyanın ikinci səfərbərlik dalğasını həyata keçirməyi planlaşdırdığını göstərən bir neçə göstərici var-bu barədə Amerikanın Müharibələrin Tədqiqi İnstitutu özünün müntəzəm icmalında yazır.

İcmalda qeyd edildiyi kimi, Kreml ikinci səfərbərlik dalğası barədə Rusiyada yayılmış səslərə birbaşa cavab verib, bu isə artan ictimai narahatlığı aradan qaldırmağa yönəlik cəhddir, hərçənd Rusiyanın ikinci səfərbərlik dalğasını həyata keçirməyi planlaşdırdığını göstərən bir neçə göstərici var.

Bundan başqa, Müharibələrin Tədqiqi İnstitutu cəbhə xəttindəki vəziyyətdən də yazır. İnstitutun göstəricilərində Ukrayna qüvvələrinin Xarkov vilayətində Rusiya ordusunun nəzarətində qalan kiçik hissədə bir neçə yaşayış məntəqəsini azad edə bildiyi deyilir.

Amerikalı ekspertlərin yazdığı kimi, Rusiya qüvvələri Baxmut və Avdeevka yaxınlığında hücumlarını davam etdirirlər. Amerikanın Müharibələrin Tədqiqi İnstitutu yazır ki, rus mənbələrinə əsasən Rusiyanın qüvvələri Baxmut yaxınlığında kiçik irəliləyiş əldə etsə də, şəhəri mühasirəyə almaq cəhdləri uğursuzluqla nəticələnib.

Oxşar