Amerika mediası Donald Trampın qətlinə cəhddə şübhəli bilinən şəxs haqqında əlavə məlumat yayır

12:33, 16.09.2024

 
58 yaşlı Ukraynanı təstəkləyən fəal Rayan Uesli Rut Donald Trampın qətlinə cəhddə şübhəli bilinən şəxsdir. Amerika mediasının məlumatına əsasən, şübhəli şəxs keçmişdə Ukraynanın Rusiyaya qarşı müharibəsinə qoşulmaq üçün xarici döyüşçüləri cəlb etməyə çalışırdı və Kiyevdə də olub.

Hərbi təcrübəsi olmayan Rut 2023-cü ildə “New York Times” qəzetinə bildirmişdi ki, o, 2022-ci ildə Rusiyanın işğalından dərhal sonra Talibandan qaçan əfqan əsgərlər arasında yeni çağırışçılar tapmaq üçün Ukraynaya gedib.

“Əsgərlər, xahiş edirəm mənə zəng etməyin. Biz hələ də Ukraynanın əfqan əsgərləri qəbul etməsinə çalışırıq və ümid edirik ki, yaxın aylarda bəzi cavablarımız olacaq… xahiş edirəm, səbirli olun” – o, “Facebook”da yazıb.

Trampın qətlinə cəhddə şübhəli bilinən şəxs gizli şəkildə silah gəzdirmək də daxil olmaqla bir sıra cinayətlərə görə keçmişdə məhkum olunub.

Oxşar