Amerika Birləşmiş Ştatlarının səfirliyi - Cin Şahin və Mayk Ternerin səfəri zamanı Saakaşvilinin məsələsi müzakirə olunmayıb, ABŞ-ın Gürcüstanla yaxşı münasibətlər istəməsi və ilk addımı Gürcüstan hökumətinin atmalı olması müzakirə mövzusu olub
Cin Şahin və Mayk Ternerin səfəri zamanı Saakaşvilinin məsələsi müzakirə olunmayıb, ABŞ-ın Gürcüstanla yaxşı münasibətlər istəməsi və ilk addımı Gürcüstan hökumətinin atmalı olması müzakirə mövzusu olub – bu haqda ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
“Dezinformasiya və spekulyasiya fikir ayrılığını həll edə bilməz. Senator Şahin və konqresmen Ternerin son səfəri zamanı prezident Saakaşvilinin məsələsi müzakirə olunmayıb. Amerika Birləşmiş Ştatlarının Gürcüstanla yaxşı münasibətlər istəməsi və münasibətlərin normallaşması üçün ilk addımı Gürcüstan hökumətinin atmalı olması müzakirə mövzusu olub. Biz onların təklifini gözləyirik” – ABŞ səfirliyinin bəyanatında deyilir.