Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosunda iranlı hakerlərin Trampın seçki qərargahından oğurlanmış məlumatı Baydenin seçki qərargahı ilə əlaqəli şəxslərə göndərdiyini bildirirlər

15:12, 19.09.2024

 
İranlı hakerlər Donald Trampın seçki qərargahından oğurlanmış məlumatı Co Baydenin seçki qərargahı ilə əlaqəli şəxslərə göndəriblər. Bu haqda ABŞ-nin Federal Təhqiqatlar Bürosunda bildiriblər.

“BBC”nin məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının rəsmi şəxsləri hesab edirlər ki, Co Baydenin seçki kampaniyasının əməkdaşlarına elektron ünvanlarda məlumat Bayden prezident seçkisi yarışını tərk etməmişdən əvvəl, iyunun sonu və iyulun əvvəlində göndərilib.

Bununla yanaşı, medianın yazdığı kimi, hakerlərin alıcılardan hər hansı cavab almasına dair heç bir sübut yoxdur.

“FBİ”ın bəyanatına əsasən, iranlı oyunçular Trampın seçki kampaniyası ilə əlaqəli oğurlanmış ictimai olmayan materialı Amerika media təşkilatlarına göndərmək üçün iyun ayından bəri səylərini davam etdirirlər.

Trampın seçki qərargahının sözçüsü Kerolayn Levit “BBC”yə bildirib ki, bəhsi keçən kiberhücum İranın Kamala Harris və Co Baydenin xeyrinə seçkilərə müdaxilə etməsinin sübutudur, çünki bilir ki, “Prezident Tramp onların terrorçu rejiminə qarşı sərt sanksiyaları və mövqeyini bərpa edəcək”.

Bununla yanaşı, sabiq prezidentin seçki qərargahında Bayden və Harrisdən, Baydenin seçki qərargahı ilə əlaqəli şəxslərə göndərilən materialların başına gələnləri açıqlamasını tələb edirlər.

“Onlar nə bilirlər və bunu nə vaxt eşidiblər?” – Levit bildirib.

Trampın özü sözügedən məsələyə tərəfdarları ilə görüşü zamanı münasibət bildirib və onun sözlərinə əsasən, İran materialları Demokratlar Partiyasının qərargahına verib, çünki Bayden İranla əməkdaşlıq edir.

Kamala Harrisin seçki qərargahının mətbuat katibi Morqan Finkelştayn isə bildirib ki, qərargah haker hücumunu öyrəndikdən sonra hakimiyyətlə əməkdaşlıq edir.

“Seçki qərargahına birbaşa göndərilən hər hansı material barədə məlumatımız yoxdur. Bir neçə insanın şəxsi e-poçtları hədəflərə çevrilib, bu da “spam” və ya “fişing” cəhdləri kimi görünürdü” – Harrisin seçki qərargahının mətbuat katibi deyib.

Oxşar