Alyaskada Donald Tramp və Vladimir Putinin görüşündən sonra Emmanuel Makron və Volodimir Zelenski görüşəcəklər – bu barədə Yelisey Sarayının bəyanatında deyilib.
Liderlərin ən faydalı və təsirli olacağı bir vaxtda görüşəcəyi qeyd olunur.
“İki lider ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra ən faydalı və təsirli olacağı vaxtda görüşmək barədə razılığa gəliblər”, – bəyanatda deyilib.