Altı ay müddətinə hərbi xidmətə çağırılan çağırışçılar onluq səviyyəsində taktiki təlim keçirdilər
Qurumun məlumatına görə, təlimdə Qərb Komandanlığının 3-cü Piyada Briqadasının 31-ci batalyonunun tərkibində altı ay müddətinə hərbi xidmətə çağırılan çağırışçılar iştirak edirdilər.
“Təlimin məqsədi düşmənin əsas qüvvələrini zərərsizləşdirmək idi. Çağırışçıların əsas vəzifəsi potensial düşməni aşkar etmək və onu əməliyyat bölgəsində ləngitmək olub. Təlim zamanı onlar relyefin xüsusiyyətlərindən istifadə edərək manevr etmə, atəş açma və maneələr yaratmaqla qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirdilər”, – məlumatda qeyd edilib.