Almaniyanın Xarici İşlər Naziri - Berlinin ifadə azadlığı və ya demokratik cəmiyyətlərin təşkili ilə bağlı kənardan məsləhətlərə ehtiyacı yoxdur
Almaniyanın xarici işlər naziri Yohan Vadepul Ağ Evin dərc etdiyi ABŞ-ın milli təhlükəsizlik strategiyasına münasibət bildirir.
Vadepulun bildirdiyinə görə, Berlinin ifadə azadlığı və ya demokratik cəmiyyətlərin təşkili ilə bağlı kənardan məsləhətlərə ehtiyacı yoxdur.
Berlində islandiyalı həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı Vadepul bu cür məsələlərin Almaniyanın konstitusiya quruluşu ilə tənzimləndiyini qeyd edib.
Bununla yanaşı, Almaniyanın xarici işlər naziri bildirib ki, ABŞ NATO-nun ən mühüm müttəfiqi olub və müttəfiqi olaraq da qalacaq, hərçənd, alyans təhlükəsizlik siyasəti məsələlərinə diqqət yetirir.
Vadepulun qeyd etdiyi kimi, ifadə azadlığı və ya azad cəmiyyətlərin təşkili məslələri alyansın səlahiyyətlərinə aid deyil.
Vadepul ABŞ-ın yeni təhlükəsizlik strategiyasını təfərrüatlı şəkildə təhlil edəcəyini qeyd edərək, “Düşünürük ki, bu məsələləri özümüz nəzərdən keçirə və müzakirə edə bilərik və kənar məsləhətə ehtiyacımız yoxdur”, – Vadepul bildirib və ABŞ-ın yeni təhlükəsizlik strategiyasını ətraflı təhlil edəcəyini qeyd edib.
Xatırladaq ki, Donald Tramp administrasiyası ABŞ-ın 2025-ci il üçün Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəd söz azadlığına senzura da daxil olmaqla, Avropaya qarşı tənqidləri əhatə edir.