Almaniyanın müdafiə naziri ölkəsinin Ukraynaya reaktiv yaylım atəşi sistemləri və 50 zirehli maşın tədarük edəcəyini bildirir

20:29, 15.09.2022

 

Almaniya Ukraynaya reaktiv yaylım atəşi sistemləri və 50 zirehli maşın tədarük edəcək. Bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlayıb.

O, söhbətin iki ədəd MARS II reaktiv yaylım atəşi sistemi və 50 Dinqo tipli zirehli texnikadan getdiyini bildirib. Bundan əlavə, Berlin Ukraynaya reaktiv yaylım atəşi sistemi üçün lazım olan 200 raket tədarük edəcək.

Kristin Lambrext onu da qeyd edib ki, artıq Yunanıstanla piyada döyüş maşınlarının mübadiləsinə dair razılıq əldə olunub, bu o deməkdir ki, Berlin tezliklə Afinaya 40 MARDER tipli döyüş maşını tədarük edəcək, bunun müqabilində isə Yunanıstan Ukraynaya sovet maşınlarını təhvil verəcək.

Bununla yanaşı, Almaniyanın müdafiə naziri Ukraynanın təhvil verilməsini tələb etdiyi tanklardan bəhs etməyib.

Oxşar