Almaniyanın müdafiə naziri - İsrailə silah tədarükü Qəzzada humanitar vəziyyətdən asılı olacaq
Almaniyanın müdafiə naziri - İsrailə silah tədarükü Qəzzada humanitar vəziyyətdən asılı olacaq

İsrailə silah tədarükü Qəzzada humanitar vəziyyətdən asılı olacaq, – bu barədə Almaniyanın müdafiə naziri Yohan Uadeful bildirib.

Uadeful Qəzzədə davam edən hadisələrin beynəlxalq hüquqa uyğun olub-olmaması məsələsini şübhə altına aldı.

“Biz bunu müzakirə edəcəyik və zəruri olduqda, bu yoxlamanın əsasında silahların növbəti tədarükünə icazə verəcəyik”, – Almaniyanın müdafiə naziri qeyd edib.

Yohan Uadefulun bildirdiyinə görə, Qəzza sakinlərinin qida və dərmanlarının olmaması qəbuledilməzdir.