Almaniyanın Mannheim şəhərində avtomobilin toqquşması nəticəsində daha bir xəsarət alan şəxs həlak olub

21:05, 03.03.2025

Almaniyanın Mannheim şəhərində avtomobilin toqquşması nəticəsində həlak olanların sayı 2 nəfərə gədər yüksəlib.

Almaniyanın ictimai yayımçısının məlumatına görə, Mannheim şəhərinin mərkəzində avtomobilini bir qrup insanın üzərinə sürən kişi Reynland-Pfalts əyalətindən olan 40 yaşlı almandır. Şəhərin mərkəzində baş verən hadisədə iki nəfər həlak olub.

Hadisə yerli vaxtla günorta baş verib. Avtomobil şəhərin mərkəzi meydanına toplaşan insanların üzərinə sürülüb. Vətəndaşlar ənənəvi parada toplaşırdılar. Bir neçə nəfər ağır yaralanıb. Jurnalistlərin məlumatına görə, ümumilikdə hadisə zamanı təxminən beş-on nəfər gədər insan xəsarət alıb. Hazırda iki yetişkin və bir uşaq olmaqla üç xəsarət alan Mannheim Universitet xəstəxanasında müalicə alır.

Avtomobilin sürücüsü həbs edilib. Mannheim polisinin bildirdiyinə görə, onun təkbaşına hərəkət etdiyi təsdiqlənib. Medianın məlumatına görə, avtomobilin sürücüsü keçmişdə ekstremizm və ya terrorizmlə əlaqəsi ilə diqqət çəkməyib, hərçənd, onun psixi sağlamlıq problemləri olduğu görünür. Cinayətkarın mümkün motivi barədə heç nə məlum deyil.

Mannheimdə baş verən hadisəyə görə Heydelberqdə planlaşdırılan karnaval ləğv edilib.

Oxşar