Almaniyanın Mannheim şəhərində avtomobil insanların üzərinə sürülüb, nəticədə bir nəfər həlak olub, bir nəfər isə yaralanıb
Almaniyanın Mannheim şəhərində naməlum şəxs avtomobili insanların üzərinə sürüb. Bir nəfər həlak olub, yaralananlar da var.
“Deutsche Welle”nin məlumatına görə, hadisə Mannheimin mərkəzində yerləşən, karnavalın keçiriləcəyi meydanda baş verdi. Avtomobilin sürücüsü həbs edilib.
Hadisəni törədənin təkbaşına hərəkət edib-etmədiyi və ya ortaqlarının olub-olmadığı hələlik məlum deyil. Polis vətəndaşları Mannheim mərkəzinə getməməyə və evdə qalmağa çağırır. Polis yaranan vəziyyəti “həyat üçün təhlükəli” adlandırır.
Şəhərin mərkəzində demək olar ki, bütün yollar yenə də bağlıdır. Polis əməkdaşları bütün yollarda və körpülərdə sürücülərin sənədlərini yoxlayırlar. Bununla yanaşı, Almaniyanın daxili işlər naziri hadisə ilə əlaqədar Kölndə planlaşdırılan karnavalda iştirakdan imtina edib.
Polis sözçüsünün bildirdiyinə görə, hadisə ilə bağlı istintaq sürətləndirilmiş templə davam edir.
Qeyd etmək lazımdır ki, iki həftə əvvəl Münhendə də oxşar hadisə baş verib və bu zaman iki nəfər həlak olub.