Almaniyanın maliyyə naziri – Yanacağın yüksək qiymətlərinə görə məsuliyyət Donald Trampın üzərinə düşür, bu onun İranda başlatdığı məsuliyyətsiz müharibənin nəticəsidir

16:41, 29.08.2026

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl ABŞ Prezidenti Donald Trampı İranla məsuliyyətsiz müharibəni bitirməyə çağırıb.

Klinqbeyl sözügedən bəyanatı gələn həftə “Böyük İyirmilik” (G20) sammitində iştirak etmək üçün yola düşəcəyi ABŞ-a səfərindən əvvəl verib.

Almaniyanın maliyyə naziri bildirib ki, onun Vaşinqtona əsas mesajı məhz müharibənin dayandırılması olacaq.

“Bu, ABŞ üçün də daxil olmaqla, ən vacib mesajdır – bu müharibəni bitirin”, – Klinqbeyl bildirib.

Onun sözlərinə görə, yanacağın yüksək qiymətinə görə məsuliyyət birbaşa Donald Trampın üzərinə düşür.

“Yanacağın yüksək qiymətlərinə görə məsuliyyət Donald Trampın üzərinə düşür, bu, onun İranda başlatdığı məsuliyyətsiz müharibənin nəticəsidir. Məhz bu nəticələr yanacaqdoldurma məntəqələrində hiss olunur”, – Klinqbeyl bildirib.

Oxşar