Almaniyanın maliyyə naziri - Almaniya dondurulmuş Rusiya aktivlərindən istifadəsi ilə bağlı ideyalara açıqdır
Almaniyanın maliyyə naziri - Almaniya dondurulmuş Rusiya aktivlərindən istifadəsi ilə bağlı ideyalara açıqdır

Almaniyanın maliyyə naziri – Almaniya dondurulmuş Rusiya aktivlərindən istifadəsi ilə bağlı ideyalara açıqdır, – “Reuters” xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Lars Klinqbeyl bildirib.

Onun sözlərinə görə, hər şey diqqətlə öyrənilməlidir.

“Biz Avropa Komissiyasının təkliflərini gözləyirik, lakin Almaniya hər şeyi əngəlləyən yox, əksinə, mümkün edən rolu öz üzərinə götürmək niyyətindədir” – Klinqbeyl bildirib.

Almaniyanın maliyyə naziri bildirib ki, koalisiya hökuməti hüquqi çətinliklərə baxmayaraq, dondurulmuş Rusiya aktivlərindən daha çox istifadəyə nail olmaq öhdəliyi götürüb.

“Maliyyə ehtiyacı var. “Biz Ukrayna qarşısında öz məsuliyyətimizi yerinə yetirmək istəyirik”, – Lars Klinqbeyl bildirib.