Almaniyanın daxili işlər naziri - Rusiyada səfərbərlik elan edildikdən sonra Almaniya rus fərariləri qəbul etməyə hazırdır
Almaniyanın daxili işlər naziri - Rusiyada səfərbərlik elan edildikdən sonra Almaniya rus fərariləri qəbul etməyə hazırdır

 

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Almaniya rus fərariləri qəbul etməyə hazırdır-bu barədə Almaniyanın daxili işlər naziri Nensi Pazer bildirib.

“Ciddi təqiblərlə üzləşən fərarilər adətən Almaniyada beynəlxalq müdafiə ala bilərlər. Putin rejiminə cəsarətlə qarşı çıxan və beləliklə, özünü böyük təhlükə ilə üz-üzə qoyan hər kəs siyasi təqib əsasında sığınacaq tələb edə bilər” – deyə daxili işlər naziri bildirib.

Vladimir Putin sentyabrın 21-də ölkə miqyasında qismən hərbi səfərbərlik elan edib.