Almaniyanın Aşaffenburq şəhərində bıçaqla hücum nəticəsində iki nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb
Almaniyanın cənubunda yerləşən Aşaffenburq şəhərində bıçaqlı hücum nəticəsində biri 2 yaşlı uşaq olmaqla iki nəfər həlak olub. Daha iki nəfər ağır yaralanıb.
Məlumatı “Deutsche Welle” yayır.
Hücum Bavariya bölgəsinin şəhər mərkəzi yaxınlığında yerləşən parkda baş verib.Faktla ilə bağlı 28 yaşlı şübhəli şəxs saxlanılıb.
Polisin məlumatına görə, o, əslən Əfqanıstandandır. Hücumun motivi məlum deyil. Medianın məlumatına görə, hücum edən şəxs hadisə yerindən qaçmağa cəhd edib. Polis bildirir ki, artıq ictimaiyyət üçün təhlükə yoxdur.