Almaniyada yüksək temperatur səbəbindən ən azı 5 000-dən çox insan dünyasını dəyişib

20:56, 09.07.2026

Almaniyada yüksək temperatur səbəbindən ən azı 5 000-dən çox insan dünyasını dəyişib, – bu barədə “Reuters” yazır.

Medianın məlumatına görə, həlak olanlar arasında 4 000-dən çox insan 75 və ya daha yuxarı yaşda olub.

27–28 iyun tarixlərində baş verən isti hava dalğası zamanı təkcə Almaniyanın qərbində yerləşən Köln şəhərində 120 nəfər həyatını itirib. Bununla yanaşı, Almaniyanın “Yaşıllar” partiyası kansler Fridrix Mertsi qeyri-kafi tədbirlər görməkdə ittiham edir.

“Reuters”in məlumatına görə, Qərbi Avropada tarixin ən isti iyun ayı qeydə alınıb.

Oxşar