Almaniyada terror hücumu planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb
Almaniyada terror hücumu planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb. Məlumatı “Deutsche Welle” yayır.
Almaniyanın şimalındakı Flensburq şəhərinin prokurorluğunda bildirdikləri kimi, saxlanılan gənc islamçı terror hücumu planlaşdırırdı. Agentlikdə qeyd edirlər ki, saxlanılan şəxsin radikallaşmasına dair sübutlar var.
Gənc ötən həftə Elmshorn şəhərində saxlanılıb. O, hazırda həbsdə qalır.
İstintaq şübhəli şəxs barədə təfərrüatları açıqlamır, hərçənd, prokurorluqda onun hücumda böyük avtomobildən istifadə etməyi planlaşdırdığını qeyd edirlər.
Xatırladaq ki, 2016-cı ilin dekabrında Berlində Milad bazarında yük maşını ilə həyata keçirilən terror hücumu nəticəsində 13 nəfər həlak oldu, 70 nəfər isə yaralandı