Almaniyada keçirilən sorğuya əsasən, əhalinin 84%-i ölkənin vəziyyətindən narahatdır
Almaniyada keçirilən sorğuya əsasən, əhalinin 84%-i ölkənin vəziyyətindən narahatdır.
“Insa təşkilatının Bild am Sonntag tabloidi üçün keçirdiyi sosioloji sorğuya əsasən, rəyi soruşulanların 64%-i hesab edir ki, mövcud koalisiyaların heç biri ölkənin problemlərini həll edə bilməyəcək.
Bununla yanaşı, sorğuya əsasən, əhalinin 42%-i ölkə qarşısında duran problemlərin kəskinləşməsində Almaniyanın hakim – kansler Fridrix Mertsin mühafizəkar CDU/CSU və sol mərkəzçi SPD koalisiyasını günahlandırır.
Sorğu iştirakçılarının 47 faizi ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilə hökumətin hər hansı bir əməkdaşlığına qarşı olduqlarını bildirir.
Qeyd etmək lazımdır ki, Almaniyanın əsas siyasi partiyaları AfD ilə əməkdaşlıq etməkdən və ya koalisiyalar qurmaqdan imtina edirlər. Sorğu iştirakçılarının 41 faizi isə bu mövqeyin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.
Insa sorğusunda vətəndaşların təxminən 67%-i həmçinin bildirib ki, hökumətin planlaşdırdığı sosial və vergi islahatları iflasa uğrayacağı təqdirdə Fridrix Mertsin dəyişdirilməsini istərdilər.