Almaniyada İranda davam edən etiraz aksiyalarının iştirakçılarına dəstək nümayişi keçirilib
Almaniyada İranda davam edən etiraz aksiyalarının iştirakçılarına dəstək nümayişi keçirilib

 

Almaniyada İranda davam edən etiraz aksiyalarının iştirakçılarına dəstək nümayişi keçirilib. Onlarla ictimai fəal Brandenburq qapısına toplaşaraq İran hakimiyyətinin ölkədə davam edən nümayişlərin iştirakçılarının edam edilməsi qərarına etiraz edib.

“Zalıma ölüm, istər şah olsun, istərsə də lider”, “azadlıq və bərabərlik”, “edamları dayandırın” – Berlində keçirilən aksiya iştirakçıları şüarlar səsləndiriblər.

“Reuters” agentliyinin məlumatında İranda sentyabr ayından bəri davam edən etirazlar zamanı 63-ü azyaşlı olmaqla 400-dən çox insanın həlak olduğu deyilir.

Məlum olduğu kimi, İran hakimiyyəti etirazlar zamanı saxlanılan 24 nəfəri edam etmək niyyətindədir. Nümayişçilərdən Möhsün Şekariyə münasibətdə artıq ən yüksək cəza ölçüsündən istifadə edilib.