Almaniyada G7-nin ədliyyə nazirləri Ukraynada hərbi cinayətlərin araşdırılması ilə bağlı iclas keçirirlər

15:01, 29.11.2022

 

Almaniyada G7-nin ədliyyə nazirləri Ukraynada hərbi cinayətlərin araşdırılması ilə bağlı iclas keçirirlər. Konfransın məqsədi “Cinayət qanunvericiliyinə əsasən əsas cinayətlərin əlaqələndirilmiş şəkildə araşdırılması”nın daha effektiv üsullarını müzakirə etməkdir.

Media tərəfindən verilən məlumatda ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Yaponiya, İtaliya və Kanadanın ədliyyə nazirləri ilə yanaşı, görüşdə Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didie Reynders, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Karim Xan, Ukraynanın ədliyyə naziri və baş prokuroru Denis Maliuska və Andrey Kostinin iştirak etdiyi deyilir.

Görüşdən əvvəl Almaniyanın ədliyyə naziri Marko Buşman bildirib ki, Rusiya Ukraynaya qarşı kriminal üsullarla, o cümlədən Ukraynanın enerji infrastrukturunu məhv etməklə müharibə aparır.

“Rusiyanın taktikası qışda havanın temperaturu mənfi 30 dərəcəyə düşərkən insanları istiliksiz və işıqsız qoymağa yönəlib” – deyə Buşman bildirib.

Oxşar