Almaniyada aksiya iştirakçıları yolları bağlayıb, polis etirazçıları dağıtmaq üçün təzyiqli sudan istifadə edib
Almaniyanın Qissen şəhəri yaxınlığında polis etirazçılara qarşı təzyiqli sudan istifadə edib.
Fəallarla polis arasında fiziki qarşıdurma da olub.
“Reuters”in məlumatına görə, nümayişçilər Qissendə keçirilən ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasına yeni gənclər liderinin seçilməsinə etiraz ediblər.
Medianın məlumatına görə, fəallar şəhər ətrafında 16 istiqamətdə yolu bağlayıblar.
Polisin məlumatına görə, avtomobil yollarında, federal və dövlət yollarında nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırıldı və bu, aksiyanın güclə dağıdılmasına səbəb oldu.