Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi- Almaniya hökuməti Gürcüstanda hadisələri narahatlıqla izləyir və əgər ölkə danışıqlara qayıtmaq qərarına gəlsə, Avropa İttifaqının qapısı açıq qalır
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi- Almaniya hökuməti Gürcüstanda hadisələri narahatlıqla izləyir və əgər ölkə danışıqlara qayıtmaq qərarına gəlsə, Avropa İttifaqının qapısı açıq qalır

Almaniya hökuməti Gürcüstanda baş verənləri böyük narahatlıqla izləyir, – bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristian Vaqner “Deutsche Welle”yə müsahibəsində bildirib.

Onun qeyd etdiyi kimi, ölkə danışıqlar yoluna qayıtmaq qərarına gəlsə, Avropa İttifaqının qapısı açıq qalır.

“Tbilisidə keçirilən etiraz aksiyalarına gəlincə, aydındır ki, ölkə sakinlərinin çoxu hökumətin kursunu bölüşmür. Açıq faktdır ki, əhalinin o qədər də az olmayan hissəsi Avropa İttifaqına daxil olmaq istəyir. Bu xalqın öz tələblərini dəstəkləmək üçün çıxış etmək hüququ var, biz hüquq-mühafizə orqanlarından təmkin və zorakılığından imtina etməsini gözləyirik”, – deyə Vaqner bildirib.