Almaniya Xarici İşlər Naziri - Biz Ukraynanın sülh məsələlərini güclü mövqedən müzakirə edə bilməsini təmin etmək istəyirik
ABŞ-ın dəstəklədiyi plan yekun deyil, – bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vaudepol Brüsseldə, Hind-Sakit okeanı ölkələri nazirlərinin toplantısında iştirak edərkən bildirib.
Vaudepol Tramp administrasiyası tərəfindən hazırlanmış 28 bəndlik planı Rusiya və Ukrayna arasında müzakirə ediləcək təcili məsələlərin siyahısı kimi görür.
“Almaniyanın mövqeyi Avropanın mövqeyidir və bu o deməkdir ki, biz Ukraynanı dəstəkləyirik. Biz Ukraynanın bu məsələləri güclü mövqedən müzakirə etməsini təmin etmək istəyirik”, – Yohan Vaudepol bildirib.