Almaniya və Fransa Putindən konstruktiv əməkdaşlıq gözləyirlər
Almaniya və Fransa Putindən konstruktiv əməkdaşlıq gözləyirlər

Almaniya və Fransa Putindən konstruktiv əməkdaşlıq gözləyirlər.

Almaniya Xarici İşlər naziri, Heyko Maasın dediyinə görə, Moskva Suriya və Ukrayna böhranının tənzimlənməsinə imkan yaratmalıdır. Bu barədə o, öz Fransalı həmkarı ilə görüşü zamanı bəyan etdi.

Maasın qeyd etdiyinə görə, Berlin və Paris Rusiyanın dialoqu marağındadırlar və Rusiyadan konstruktiv əməkdaşlıq gözləyirlər.

Fransa Xarici İşlər naziri Rusiyanı çətin partnyor adlandırdı və Moskva ilə dialoqun gücləndirilməsi əhəmiyyətini xüsusilə qeyd etdi. Jan-İv Le Drianın dediyinə görə, Rusiyanın təcrid edilməsi Avropaya yaxşılıq gətirməyəcək.

Xatırladaq ki, bu gün Rusiya prezidentinin andiçmə mərasimi keçirildi.